Fransanın paytaxtı Parisdən 65 kilometr şərqdə yerləşən Set-Sore şəhərciyində avtomobilin pizza restoranının terrasını taran etməsi nəticəsində 13 yaşlı qız həlak olub.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, insident nəticəsində, həmçinin 12 nəfər yaralanıb. Onlardan 4-nün vəziyyəti ağırdır.
Hadisə avqustun 9-da axşam saatlarında baş verib. Polisin məlumatına əsasən, sürücü hadisəni bilərəkdən törədib. Sükan arxasında əyləşən 25 yaşlı gəncin keçən həftə intihara cəhd etdiyi bildirilir. O, həbs olunan zaman heç bir müqavimət göstərməyib.