Bu gündən Azərbaycanda banklar məcburi ehtiyatlarını yeni tələbə əsasən saxlamalıdır.
“APA-Economics”in məlumatına görə, pul təklifinin effektiv tənzimlənməsi və bununla da qiymət sabitliyinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2017-ci il 30 may tarixli qərarı ilə manatla və qiymətli metallarla olan öhdəliklər üzrə məcburi ehtiyatların manatla, xarici valyuta ilə öhdəliklər üzrə məcburi ehtiyatların xarici valyutada müxbir hesablarda saxlanılması məqsədəuyğun sayılıb.
Qeyd edək ki, “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda edilmiş dəyişiklik 2017-ci il 1 avqust tarixindən qüvvəyə minib və banklar 15 avqustdan etibarən məcburi ehtiyatlarını qaydadakı qeyd olunan dəyişikliyə uyğun saxlamalıdırlar.
Xatırladaq ki, buna qədər banklar məcburi ehtiyatları hesablama bazasına daxil olan depozitlərin valyutasından asılı olmayaraq Mərkəzi Bankdakı istənilən bir və ya bir neçə müxbir hesabda saxlaya bilərdi.