Misir paytaxtının mərkəzində yerləşən “Ramsis” stansiyasında qatarın yanması nəticəsində azı 20 nəfər həlak olub, bir o qədər insan isə xəsarət alıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Misirin Nəqliyyat Nazirliyindəki mənbənin sözlərinə görə, qatar dəmiryol stansiyasının platformasına yaxınlaşan zaman naməlum maneə ilə toqquşub. Nəticədə lokomotivdə partlayış və ardından yanğın baş verib. İnsident nəticəsində ölən və yaralananların əksəriyyəti platformada dayanan insanlar olub.
Yerli mətbuat hadisə nəticəsində 24 nəfərin öldüyünü və 50-yə yaxın insanın isə xəsarət aldığını yazır. Yaranmış basırıq səbəbindən insanlar platformanı və vağzal binasını vaxtında tərk edə bilmədikləri üçün onların əksəriyyəti dəm qazından zəhərlənib.
Hazırda vağzal təxliyə edilib, stansiyada qatarların hərəkəti dayandırılıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...