Təbiəti qorumaq və onun çirkləndirilməsinə qarşı mübarizə aparmaq hər bir insanın mənəvi borcudur.

Dünyada yayılan məşhur təmizlik həştəqi olan #Trashtag trendinə Təngərüd  və Qapıçıməhəllə  məktəblərinin müəllim və şagird kollektivi də qoşulub.

Bunun üçün onlar müxtəlif ərazilərə üz tutublar. Öncə tullantılar atılan ərazini seçib, məkanın görüntüsünü çəkiblər. Təmizlik işləri bitdikdən sonra yenidən şəkillər paylaşaraq işlərinin nəticəsini göstəriblər.

Təmizlik  aksiyasının təşkilində məqsəd  insanların bilərəkdən və ya səhvən təbiəti çirkləndirməsinin qarşısını almaq, maarifləndirmək və insanları bu cür təmizlik aksiyalarına cəlb etməkdir.

 Aksiya iştirakçıları belə ekoloji aksiyaların ətraf mühitin qorunması baxımından əhəmiyyətini yüksək qiymətləndiriblər. 

Astarainfo.az