Astarainfo.az “Ölkə.Az”–a istinadən xəbər verir ki, Stivenin bəyanatına əsasən Birləşmiş Ştatlar Çinlə iqtisadi savaş aparır.
Bəyanatda deyilir: “Biz Çinlə iqtisadi savaş vəziyyətindəyik. Onlar nə etdiklərini deməkdən utanmırlar. Yaxın 25-30 il ərzində ya Çin, ya ABŞ hegemon olacaq. Əgər ABŞ yolda ilişsə, Çin hegemona çevriləcək. Əgər biz uduzmağa davam etsək, beş il, on il sonra bir daha ayağa qalxa bilməyəcəyimiz nöqtədə olacağıq”.
Bennon müsahibəsində həm də qeyd edib ki, Pekin rəsmi Pxenyanın nüvə proqramının dondurulması müqaviləsini əldə edə bilər. Bu zaman rəsmi Vaşinqton Koreya yarımadasından ordusunu geri çəkə bilər.
Trampın müşaviri həm də bildirib ki, Şimali Koreya probleminin hərbi həlli yoxdur.