ABŞ-ın Minnesota ştatından olan müəllim Teresa Hamlin Azərbaycanda toxunan corabların satışını təşkil edərək şəxsi biznesini qurub. Teresa Hamlin hazırda Qusar rayonunda yaşayır. Azərbaycana 2004-cü ildə ingilis dili müəllimi kimi işləməyə gəlmiş Teresanın “Azərbaycan corabları” (Azerbaijani Socks) şirkəti artıq iki ildir fəaliyyət göstərir.

Biznesin əsas məqsədi Azərbaycanda toxunmuş corabların xarici ölkələr üçün satışıdır. Müəllim kimi Azərbaycanda işləyən Teresa Hamlin kəndlərdə yaşayan qadınları bu işə cəlb edir.

Teresa Hamlin biznesə başlayanda corabların əsasən turistlər üçün satışını nəzərdə tuturdu. Lakin hazırda o, turistlərlə yanaşı, toxunma corabların xarici ölkələrdə də müştərilərə satışı ilə məşğul olur.

Amerikalı müəllim Teresa Hamlin Astara rayonunun dağlıq ərazisində yerləşən Hamoşam kəndində corab toxuyan qadınlarla görüşüb.

Kənd klubunda keçirilən görüşdə amerikalı müəllim qadınların toxuduğu corabların sərgisi ilə tanış olub, bu el sənətinin yaşadılması, qadınların məşğulluğu ilə bağlı onlarla fikir mübadiləsi aparıb.(AZƏRTAC-Bağır Əliyev)