Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə yeni rəis təyin olunub.
Astarainfo.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Gülçin Mehdiyeva gətirilib.
Qeyd edək ki, G.Mehdiyeva uzun müddətdir FHN-nin İctiamiyyətlə əlaqə idarəsinin baş zabiti vəzifəsində çalışıb. Əhalinin maairfləndirilməsi və təbliğat işi ilə məşğul olub.
FHN-dən təyinatı təsdiqləyiblər. G.Mehdiyeva rəhbərlik tərəfindən göstərilən böyük etimada görə təşəkkür edib:
“Böyük etimad göstərilib. İnşallah çalışacam ki, bu etimadı doğruldum. Hazırda işlərlə daha yaxından tanış oluram. İnşallah mətbuat nümayəndələrilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcəyik”.