Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə növbəti görüşü Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Maşxan kəndində olmuşdur. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Səyyar qəbul görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, irəli sürdükləri məsələlərin həlli ilə əlaqədar müzakirələr aparılaraq  tədbirlər müəyyənləşdirilmişdir.

Tədbir iştirakçıları çıxışlarında Respublikada mühüm əhəmiyyət kəsb edən, ölkəmizin inkişafına, tərəqqisinə və insanların həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənən çoxsaylı layihələrin həyata keçirilməsindən məmnunluq duyduqlarını, cənab Prezidentin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar ardıcıl olaraq imzaladığı sərəncamlardan razılıqlla danışaraq, bu diqqət və qayğıya görə cənab Prezidentə hədsiz minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda sakinlərlə tez-tez görüşə gəldiyinə, ötən görüşlərdə qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirmişlər.

Rayonda son illər tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət aldığını qeyd edən sakinlər, ən ucqar kəndlər də daxil olmaqla çəkilən asfalt yolların, inşa edilən təhsil və səhiyyə müəssisələrinin, dəniz kənarında salınan yüksək səviyyəli park-bulvar  kompleksinin rayonumuzun simasını xeyli dəyişdiyini, bu gözəllikdən qürur duyduqlarını vurğulamışlar.

İcra başçısı son zamanlar əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətindəki mühüm dövlət tədbirlərindən söhbət açaraq bunları dövlətin öz vətəndaşlarına olan hədsiz qayğısı olduğunu bildirmişdir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifahının yaxşılaşdırılmasının möhtərəm Prezidentimizin və dövlətimizin siyasətinin əsasını təşkil etdiyini bildirərək, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, banisi ulu öndər Heydər Əliyevin olduğu müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.

İcra başçısı Qəzənfər Ağayev qaldırılan bir çox məsələnin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, digərlərinin həllinin diqqətdə saxlanılacağını bildirmişdir.

Səyyar qəbul-görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak etmiş, çıxış edərək Respublikada sosial-iqtisadi sahədə gedən işlər barədə əhalini məlumatlandırmışdır.     

Astarainfo.az