Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti ölkəmizin cənub bölgəsində səfərdə olub. Səfərin üçüncü günü-dekabr ayının 9-da Buxara vilayət hakiminin müavini Vahid Hiyezovun, vilayət Mədəniyyət idarəsi rəhbərinin müavini Qalibcon Barotovun, vilayət Dövlət Filormoniyasının rəhbəri Rauf Avezovun, Özbəkistan Nazirlər Kabineti yanında xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitənin sədr müavini Firuz Bekovun və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun daxil olduğu nümayəndə heyəti Astaraya səfər edib.
Qonaqlar əvvəlcə “Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesi ilə tanış olub, “Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlara, çay plantasiyasına baxıblar.
Sonra nümayəndə heyəti Astara şəhərindəki Heydər Əliyev Mərkəzinə gələrək, burada Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Rayonumuzun görməli-gəzməli yerləri , Xəzər dənizi sahili boyunca salınmış park-bulvar kompleksi ilə tanışlıq da Özbəkistandan gələn qonaqlarda zəngin təəssürat yaradıb.
“ASTARA”