Astarainfo.az xəbər verir ki, avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Astara Bilik Evinin birgə təşkilatçılıgı ilə Astara Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Prezident yanında Bilik Fondunun və Astara Bilik Evinin birgə təşkilatçılıgı ilə keçirilən tədbirdə Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Rasim Nəbiyevin “Müstəqillik illərində Azərbaycan dövlətinin investisiya siyasəti: strateji yol xəritəsi” mövzusunda mühazirəsi dinlənilib.Diqqətə çatdırıldı ki, əhali arasında təbligat, maarifləndirmə işləri də daim diqqətdə saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər görülür.Eləcədə, dövlətimizin başçısının imzaladıgı strateji yol xəritələrinin şərhi və son dövrdə iqtisadi inkişaf sahəsində görülən işlərin təbligi fondun iqtisadi maarifləndirmə proqramının əsas prioritetlərindədir.

Prezident cənab İlham Əliyevin imzaladıgı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi üçün geniş imkan və perspektivlər açır, regionlarda keçirdiyi silsilə görüşlər ölkəmizin iqtisadiyyatında canlanma yaradır və tərəqqiyə yol açır.Xüsusilə texnoparkların yaradılması respublikamızda son elmi-texniki tələblərə, müasir dünya standartlarına cavab verən məhsulların istehsalına, xaricdən bir sıra strateji malların idxalının azalmasına, ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə zəmin yaradır.

Eləcədə, tədbirdə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla “Heydər Əliyev islam həmrəyliyi ideyasının banisidir” mövzusunda mühazirəsi də dinlənilib.İştirakçıların diqqətinə oda çatdırıldı ki, strateji yol xəritələrinin Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı, qeyri-neft sektorunun dirçəlişi baxımından mühüm əhəmiyyətə malikdir, bu strateji konsepsiyalar ölkəmizin davamlı iqtisadi inkişafına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.Strateji yol xəritələri Azərbaycanın indiyədək yürütdüyü sosial bazar modeli fəlsəfəsini qorudugunu və bundan sonrakı strategiyanın mərkəzində məhz insan amilinin dayandıgını bir daha təsdiqləyir.Strateji yol xəritələrinin 12-istiqamət üzrə müəyyənləşdirilmiş əsas hədəfləri var və bu hədəflərə çatmaq üçün qarşıda duran vəzifələri ətraflı şərh edilib.Digər çıxış edənlər makroiqtisadi sabitliyin qorunub saxlanması, davamlı inkişafın təmin edilməsi və strateji konsepsiyaların reallaşması ilə baglı fikirlərini bildiriblər.

Sonda qonaqlara Heydər Əliyev Mərkəzindən  hədiyyələr təqdim olunub.

Astarainfo.az