“Gilan Holding” korporativ sosial məsuliyyət öhdəliyindən irəli gələrək koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tibbi-profilaktik və preventiv tədbirlərə öz töhfəsini vermişdir.

“Gilan Holding” şirkətlər qrupuna daxil olan, Bakıda və bölgələrdə yerləşən bir çox otellər müvəqqəti fəaliyyət növlərini dəyişərək koronavirusla mübarizə sahəsinə cəlb edilmişdir. Hazırda bu məqsəd üçün ayrılmış otellər karantin məkanları kimi istifadəyə verilmişdir. Müxtəlif dövlət qurumları ilə birgə fəaliyyət göstərən karatin məkanlarının bütün xərcləri də holdinq tərəfindən təmin edilməkdədir.