Tapılan məbəd Fələstin ərazisində ellin dövrünə aid ən qədim binadır.
İordaniyanın Yarmuk universitetinin arxeologiya bölməsinin rəhbəri Atef Şeyyab deyib: “Mədəb ellinlər dövrünə, eramızdan əvvəl 300-cü ilə aiddir. Romalılar, bizanslılar və sonra müsəlmanlar bu məbəddən istifadə ediblər”.
Arxeoloqlar məbədin yaxınlığında sütunlar da tapıblar. Bu sütunlara əsasən Türkiyə ərazisində rast gəlmək mümkündür. Alimlər binanın dəqiq yaşını öyrənmək üçün keramika nümunələri götürüblər.
Bundan başqa tədqiqatçılar romalılar tərəfindən inşa edilən tunel və quyular şəbəkəsi də kəşv ediblər. Şeyyabın sözlərinə əsasən tunellər Qadara adlı qədim antik şəhərin mərkəzinə qədər uzanır.
Hikmət Həsənov
Ölkə.Az