“Ədliyyə Nazirliyi üzrə bəzi normativ sənədlərin təkmilləşdirilməsi barədə” qərara dəyişiklik edilib.
Astarainfo.az  xəbər verir ki, bununla bağlı Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb.
Qərar məhkumlara psixoloji yardımın göstərilməsi ilə bağlıdır.
Sənədin 11.9-cu bəndinə edilən dəyişiklikdə bildirilir ki, müvafiq psixoloji yardım Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtləri”nə uyğun olaraq həyata keçirilir