Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib.
Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması üzrə İdarəsinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 17:10-da Bodrumda qeyd alınıb.
Zəlzələnin episentri Göyova körfəzində, ocağı yeddi kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilmir.