Yeni növ koronavirus barədə araşdırma aparan çinli alim öldürülüb.
Astarainfo.az CNN-ə istinadla xəbər verir ki, Binq Liu adlı araşdırmaçı ABŞ-da yerləşən evinin yaxınlığında avtomobilində öldürülmüş halda tapılıb. Alimin başında və bədəninin müxtəlif yerlərində güllə izləri olduğunu söyləyən polis əməkdaşları onun evində qətlə yetirildiyi qənaətində olduqlarını bildiriblər. Verilən məlumatlarda Binq Liunun “Pittsburgh” Universitetinin professoru olduğunu bildiriblər. Qətlin dünya səviyyəsində səs gətirməsinin əsas səbəbi isə Universitetin Hesablama və Sistem Biologiyası Bölməsi tərəfindən alim haqqında verilən məlumat oldu. Universitet rəsmiləri Binq Liunun uzun müəddətdir SARS və koronavirusun əsasını təşkil edən hüceyrələrin mexanizmini anlamaq üçün ciddi araşdırma apardığını və bu barədə vacib faktı ortaya çıxarmaq ərəfəsində olduğunu açıqlayıblar. Öldürülən həkimin həmkarları yaxın vaxtlarda həmin araşdırmanı tamamlayacaqlarını söyləyiblər. Qətllə bağlı araşdırmalar davam etdirilir.