Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması üzrə İdarəsinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 17:10-da Bodrumda qeyd alınıb.
Zəlzələnin episentri Göyova körfəzində, ocağı yeddi kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilmir.