Avqustun 28-dən sentyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan milli komandası bu mötəbər yarışda geniş heyətlə təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, Budapeştdə ölkəmizi kişi cüdoçularımızdan Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı), qadınlarda isə Leyla Əliyeva, Erdenabat Bazarraqça (hər iksi 48 kq), Nəzakət Əzizova, Purevsuren Buyankişinq (hər ikisi 52 kq), Səkinə Zayırova, Munktsedev İçinkolo (hər ikisi 57 kq), Gülsədəf Kərimova (63 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) təmsil edəcəklər.
Macarıstandakı dünya çempionatında 134 ölkədən 794 cüdoçu (482 kişi, 312 qadın) mübarizə aparacaq.