ABŞ tarixində ilk dəfə özəl şirkət kosmosa içərisində iki insan olan raket göndərir.
Astarainfo.az xəbər verir ki, astronavtlar Doq Hörli və Bob Behnken Kennedi Fəza Mərkəzindən kosmosa “SpaceX” şirkətinə məxsus raketdə yerli vaxtla saat 15:22-də uçub.
Xatırladaq ki, astronavtların ABŞ ərazisindən kosmosa son uçuşu 2011-ci ildə baş tutub. Daha sonra bu proses dayandırılıb və ABŞ o zamandan bəri astronavtları Beynəlxalq Kosmik Stansiyaya Rusiyanın fəza agentliyi vasitəsilə göndərib.
Astonavtlar “Crew Dragon” kapsulunda Yer kürəsinin ətrafında 19 saat boyunca dövr vurduqdan sonra Beynəlxalq Kosmik Stansiyaya yanaşmağa çalışacaqlar.
Qeyd edək ki, ilk olaraq çərşənbə gününə təyin olunan uçuş Florida ştatının cənubşərq hissəsində yerləşən Kennedi Kosmik Mərkəzi yaxınlığında qasırğalı hava şəraiti səbəbilə təxirə salınmışdı.
NASA bu uçuşun həyata keçirilməsi üçün məşhur milyarder İlon Maskın rəhbəri olduğu “SpaceX” Aerokosmik Şirkətinə 3 milyard dollar büdcə ayırıb.
Astarainfo.az