Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən şəhər sakini Novruzəli Həsənov saxlanılıb.

N.Həsənovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş 85 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Astarainfo.az