Astara rayonunda yazlıq bitkilərin əkini başa çatıb. Rayonda 4451 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb.

Bu barədə Astara Rayon Statistika İdarəsindən Astarainfo.az məlumat verilib.

Bildirilib ki, bu ilin yazında 621,0 hektar sahədə dənli və dənli paxlalı bitkilər, 191,0 hektar sahədə dən üçün qarğıdalı, 1034,0 hektar sahədə kartof, 2037,0 hektar sahədə tərəvəz, 402,0 hektar sahədə bostan bitkiləri, 1,0 hektar sahədə dən üçün günəbaxan və 165,0 hektar sahədə çoxillik bitkilərin səpini aparılıb.

2020-ci ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 5733,0 hektar olub.

Bildirilib ki, rayon üzrə əkin sahəsinin 940 hektarı (16,4 faiz) dənli və dənli paxlalı bitkilərin, 3473 hektarı (60,5 faiz) kartof, bostan və tərəvəz bitkilərinin, 1 hektarı (0,1 faiz) texniki bitkilərin, 1319 hektarı (23 faiz) yemlik bitkilərin əkin sahələridir.

Dənli və dənli paxlalı bitkilərin 123,0 hektarını (13,1 faiz) buğda, 26 hektarını (2,8 faiz) arpa, 205 hektarını (21,8 faiz) çəltik, 191 hektarını (20,3 faiz) dən üçün qarğıdalı, 399 hektarını (42,0 faiz) paxlalı bitkilərin əkin sahələri təşkil edib.

Rayonda kənd təsərrüfatı bitkilərinin ümumi əkin sahəsinin 1 hektarı və ya 0,1 faizi texniki bitkilərin, o cümlədən dən üçün günəbaxanın əkin sahəsidir.

Kartof, tərəvəz və bostan bitkiləri ümumi əkin sahəsinin 3473 hektarı (60,5 faiz) kartof, tərəvəz və bostan bitkiləri əkinlərinin payına düşüb.

Bunun 1034,0 hektarı (29,8 faiz) kartof, 2037 hektarı (58,6 faiz) tərəvəz, 402 hektarı (11,6 faiz) isə bostan bitkilərinin əkin sahələridir.

Ümumi əkin sahəsinin 1319,0 hektarı (23 faiz) yemlik bitkilərdir. Yemlik bitkilərinin 165 hektarını (12,5 faiz) cari ilin çoxillik otları, 1154,0 hektarını (87,5 faiz) keçən illərin çoxillik otlarının əkin sahəsi təşkil edib.

Astarainfo.az