“Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər”.

Bu barədə Yeniavaz.com-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Xidmət Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlara təşəkkür edib: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyirik”.

Astarainfo.az