Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının sözçüsü Ömər Çəlik öz “Twitter” hesabından Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribat barədə danışıb.
Astarainfo.az
Yeniavaz.com-a istinadla  xəbər verir ki, Ömər Çəlik Ermənistanın Azərbaycana hücumunu şiddətlə qınadıqlarını bildirib:
“Şəhidlərimizə rəhmət diləyirik, hər vəziyyətdə, hər zaman Azərbaycanın yanındayıq. Ermənistan bu addımının qarşılıqsız qalmayacağından əmin olsun”.
Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu da çıxış edərək Tovuz istiqamətində baş verən erməni təxribatını sərt şəkildə tənqid etmişdi.