Astara rayonunun taxıl sahələrində məhsul yığımı kampaniyası başa çatmaq üzrədir. İndiyədək 148 hektar sahənin taxılı biçilib. Taxıl zəmilərindən 364,5 ton məhsul yığılıb. Hər hektardan götürülən məhsuldarlıq 24,6 sentner olub.
Bu barədə Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
Bildirilib ki, taxıl zəmilərindən yığılan məhsulun 122,2 hektarını buğda sahələri təşkil edir. Sahələrdən 307 ton buğda biçilib. Buğdanın hər hektardan götürülən məhsuldarlıq 25,2 sentner təşkil edib.
25,8 hektar arpa sahəsindən isə 57,5 ton məhsul yığılıb, məhsuldarlıq 22,3 sentner olub.
Qeyd edək ki, Astara rayonunda bu ilin məhsulu üçün 940 hektar sahədə dənli və dənli paxlalı bitkilər əkilib. Bunun 123 hektarı buğda, 26 hektarı arpa, 205 hektarı çəltik, 191 hektarı qarğıdalı, 395 hektarı isə paxlalı bitkilərdir.
Astarainfo.az