Ermənistan Xarici İşlər Nazirliyi (XİN) son şərhində Azərbaycanın Türkiyə ilə birgə keçirdiyi hərbi təlimi bölgədə vəziyyətin gərginləşməsinə yönələn təxribat kimi qiymətləndirib.

Trend-in məlumatına görə, bununla bağlı Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən bildirib ki, Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən bildirildiyi kimi, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən və illik plana uyğun olaraq keçirilən təlimlərdir:

“Bu təlimlər iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edir, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.