Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi ilə əlaqədar Sərəncam imzalamışdır.Cənab Prezidentin 22 iyul 2020-ci ildə növbəti sərəncamına əsasən Azərbaycan Milli Mətbuatının inkişafında səmərəli fəaliyyəti olan bir qrup jurnalist,mətbuat işçisi yüksək adlarla təltif edilib.

Sevindirici haldır ki, Astaranın da iki jurnalisti Cənab Prezidentin diqqətindən kənarda qalmayıb.

“AZƏRTAC”-ın bölgə müxbiri Bağır Əliyev “əməkdar jurnalist” fəxri adı,”Astara” qəzetinin şöbə müdiri Gülnar Əsədli “Tərəqqi” medalı ilə təltif ediliblər.Bu diqqət və qayğıya görə astaralı yazarlar,ziyalılar və ümumilikdə rayon ictimaiyyəti Cənab Prezident İlham Əliyevə və rayonun ictimai-siyasi həyatında fəal mövqeyi olan Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə minnətdarlığını bildirir.

“Astarainfo.az” “Astara “qəzeti redaksiyası və sosial şəbəkələrdən daxil olan təbriklərin bir qismini təqdim edir:

145 illik keşməkeşli və şərəfli yolu olan Azərbaycan mətbuatında bu gün vətənpərvər və daha mübariz jurnalist nəsli yetişib. Müstəqillik dövründə ölkəmizin media qüdrətinin artması dövlətimizin bu sahəyə göstərdiyi böyük diqqət və qayğısının nəticəsidir.

22 iyul – Milli Mətbuat Günü münasibətilə mətbuatımızın çoxminli nümayəndələri arasında, sözün həqiqi mənasında, ideoloji cəbhənin ön sıralarında yorulmaz fəaliyyəti ilə diqqət çəkən Bağır Əliyevin və Gülnar Əsədlinin Azərbaycan Prezidenti tərəfindən əməyinin yüksək qiymətləndirilməsi məni çox sevindirdi.

Azərbaycan Dövlət İnformasiya Agentliyin bölgə üzrə müxbiri Bağır Əliyevin “Əməkdar jurnalist”, “Astara” qəzetinin şöbə müdiri Gülnar Əsədlinin “Tərəqqi” medalı ilə təltif olunublar.

          Bir zamanlar həmkarım Gülnar Əsədli ilə “Astara” qəzetində çalışıb, onunla bir yerdə müəssisə və təşkilatlarda olmuş, reportajlar ,məqalələr hazırlamışıq. Gülnar Əsədli peşəsinə sadiq jurnalist kimi 33 ildir eyni qəzetdə fəaliyyətini davam etdirir.

 Onu da bildirim ki, mənim jurnalist kimi yetişməyimdə bir zamanlar “Astara “ qəzetində çalışmış Bağır Əliyevin də zəhməti olub.

            Dövlət tərəfindən hər ikisinin təltif olunması onların gərgin əməyinə verilən böyük dəyərdir.

  Bu xoş xəbər münasibətilə jurnalistləri səmimi qəlbdən təbrik edir, işlərində daha böyük uğurlar arzulayıram.

                                                     Leyla Qurbanova, “AZƏRTAC” -ın müxbiri

Əziz həmkarlarım! Milli mətbuatımızın şanlı 145 illik tarixində “Astara” qəzetinin xüsusi yeri vardır. Doğma Astaramızın 9 onilliyə yaxın səlnaməsini yaradan, daim sevimli oxucularının arasında olan, seçilən, sevilən bir mətbu orqanının –“Astara”nın mən də həvəslə ,maraqla oxuyan və dəyər verən oxucularındanam.

 Bu günlərdə möhtərəm Prezidentimizin sərəncamları ilə bir vaxtlar “Sovet Astarası” (indiki “Astara” ) qəzetində işləmiş, hazırda AZƏRTAC- ın bölgə müxbiri kimi fəaliyyətini uğurla davam etdirən Bağır Əliyevin “Əməkdar jurnalist”  adı və “Astara” qəzetinin şöbə müdiri Gülnar Əsədlinin “Tərəqqi” medalı ilə təltif olunması məni hədsiz dərəcədə sevindirdi. Hər ikisi işini sevən, sənətinin vurğunu olan peşəkar jurnalistlərdir, vəzifə borclarını daim sədaqətlə, yüksək məsuliyyətlə yerinə yetirirlər.

Hər iki həmkarımı yüksək mükafat alması münasibətilə və “Astara” qəzetinin baş redaktoru Əfsun Ələskərlini səmimi qəlbdən təbrik edir, iti qələm, yeni yaradıcılıq uğurları arzulayıram.

                                                                   Hörmətlə: Əlisəfa Həsənov,

                                                       “Respublika” qəzetinin bölgə müxbir

Hörmətli Redaksiya, bu günlərdə oxuduğum xəbər məni həm qürurlandırdı, həm də inanılmaz dərəcədə  sevindirdi. Duyğularımı üç il baş redaktoru olduğum doğma “Astara” qəzetinin oxucuları ilə bölüşmək istərdim. Uğurlarımın başlanğıcı olan doğma qəzetdə çiyin-çiyinə çalışdığım kiçik kollektivin nurlu siması, peşəkarlığı, imzası, insanlığı və ən əsası böyük ürəyi ilə seçilən jurnalist həmkarım Gülnar xanımın cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı alması məni hədsiz sevindirdi. Kiçik kollektivlə qocaman qəzeti yaşatmaq böyük enerji, səbir, güc tələb edir. Uzun illərdir doğma qəzetin məsuliyyətini öz çiyinlərində daşıyan, imzası ilə bütün oxucuların sevgisini qazanan Gülnar xanımı səmimi qəlbdən təbrik edirəm. Bu gün sirr deyil ki, peşəkar jurnalistlərin əksəriyyəti paytaxt qəzetlərində fəaliyyət göstərirlər. Amma Gülnar xanım bütün ömrünü məhz doğma qəzetə həsr edib. Onun həyatdakı əsl missiyası sevgini, xoşbəxtliyi, mehribanlığı, səmimiyyəti, xeyirxahlığı peşəsi vasitəsilə insanlara çatdıra bilmək olub.                            

Gülnar xanım Vətəni, xalqı üçün faydalı olacaq işlər uğrunda var gücü ilə çalışıb. Baş redaktor olduğum üç il ərzində Gülnar xanımın peşəkar jurnalist kimi fəaliyyətindən daha çox yararlandım.

Astara doğulduğum, havasına, suyuna, insanlarına heyran olduğum doğma elimdir. İllər öncə ilə bugünkü Astaranı müqayisə etsək çox böyük fərq görərik. Bütün sahələrdə xüsusilə də quruculuq-abadlıq sahəsində hər gün daha çox gözəlləşir. Bu gözəllikləri işıqlandıran doğma qəzetin hər bir uğuru məni fərəhləndirir.   

Əziz Gülnar xanım, ölkə başçısı və rayon rəhbərliyi  tərəfindən əməyinizin yüksək dərəcədə dəyərləndirilməsi əminəm ki, mənim qədər hamını qürurlandırıb.

    Hörmətlə: “BİG GROUP” media şirkətinin

baş redaktoru Fəridə Ağazadə

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi ilə əlaqədar verdiyi sərəncama əsasən bir qrup jurnalistlər fəxri adla təltif olunublar. Sevindirici haldır ki, cənab prezidentin sərəncamı ilə “Astara “ qəzetinin şöbə müdiri Gülnar Əsədli “Tərəqqi” medalına layiq görülüb.

Bu şad xəbərə görə “Astara” qəzetinin kiçik işgüzar kollektivi adından hörmətli prezidentimiz cənab İlham Əliyevə və qəzetimizin təsisçisi Rayon İcra Hakimiyyətinə, şəxsən İcra başçısı hörmətli Qəzənfər Ağayevə dərin minnətdarlığımızı bildiririk. Qəzənfər müəllimi kiçik kollektivimizin adından əmin edirik ki, bu böyük etimadı əməli fəaliyyətimizlə doğruldacağıq.

     “Astara” qəzetində səmərəli fəaliyyəti olan Gülnar xanımı komandamiz adından  təbrik edir, ona sevdiyi peşəsində yüksək uğurlar  arzulayırıq.

*****

Cənab president İlham Əliyevin  sərəncamına əsasən “AZƏRTAC”-ın bölgə müxbiri Bağır Əliyev “Əməkdar jurnalist” fəxri adına laiq görülüb.

         Məlumat üçün bildirək ki, Bağır Əliyeb 1976-cı ildən 1983-cü ilə qədər “Sovet Astarası” (indiki “Astara” ) qəzetində “zəhmətkeş  məktubları” şöbəsində şöbə müdiri işləyib.2003-cü ildən “AZƏRTAC”-ın cənub bölgəsi üzrə müxbiridir.

          Bağır müəllimi yüksək ad almağı münasibətilə təbrik edir,ona məsul işində müvəffəqiyyətlər arzu edirik.

                                                                “Astara” qəzetinin kollektivi

Milli Mətbuatımızın 145 illik yubileyi ilə əlaqədar cənab Prezident  İlham Əliyev tərəfindən mükafatlandırılanlar sırasında tələbə yoldaşım “Astara” qəzetinin şöbə müdiri Gülnar Əsədovanın adını görüb çox sevindim.”Astara” qəzetinin yaşadılmasında tələbə yoldaşımın 33 il zəhməti vardır.

Gülnar ! Sən tanıdığım ən zəhmətkeş, ən cəfakeş jurnalistlərdən birisən. Bu təltif sənin əməyinin ən layiqli qiymətidir. Sənə can sağlığı, yaradıcılığında daha böyük uğurlar arzulayıram.

              “MÜBARİZ” qəzetinin redaktoru

                      Xuraman Abbasova

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Mətbuatımızın 145 illik yubileyi ilə əlaqədar təltif etdiyi yüzlərlə jurnalist, mətbuat işçilərinin arasında Astaranın da iki jurnalistinin adı vardır. Bu şad xəbər rayonumuzun hər bir ziyalısını , eyni zamanda məni də çox sevindirdi.

         Gülnar xanım uzun müddətdir “Astara” qəzetində fəaliyyət göstərir. Bağır Əliyev əvvəllər “Astara” qəzetində ,sonralar rayonda məsul vəzifələrdə çalışıb.

         “AZƏRTAC” ın bölgə müxbiri Bağır Əliyevin “Əməkdar jurnalist” , “Astara” qəzetinin şöbə müdiri Gülnar Əsədlinin “Tərəqqi medalı” ilə təltif olunması münasibəti ilə səmimi qəlbdən təbrik edir, onlara jurnalistlik fəaliyyətində uğurlar arzulayıram.

Rayon Müharibə, Əmək və Silahlı

Qüvvələr   Veteranlar Təşkilatının  sədri