İsrail Müdafiə Nazirliyi Livan sərhədi yaxlınlığında “Hizbullah” hədəflərini vurduqlarını açıqlayıb.
Astarainfo.az
 “TASS”a istinadla xəbər verir ki, İsrail ordusu Livan sərhədindəki “Hizbullah” müşahidə məntəqələrinə hava zərbələri endirib. İsrail Müdafiə Nazirliyi hücumun “Hizbullah”dan İsrail tərəfə açılan atəş sonrası başladıldığını bildirib:
“Dünən gecə İsrailin şimalında Livandan İsrail əsgərlərinə atəş açılıb. Cavab verdik və təyyarələrimiz sərhəd yaxınlığındakı “Hizbullah” müşahidə məntəqələrini vurdu”.