Astara rayon Heydər Əliyev Mərkəzində Gənclər və İdman İdarəsi, Astara rayon Heydər Əliyev Mərkəzi, Astara Pedoqoji Kolleci, Astara şəhər 1 saylı tam orta məktəbin təşkilatçılığı ilə “Tovuz bölgəsində döyüşlərdə qəhrəmancasına şəhid olan həmvətənlərimizə həsr olunmuş videoçarxların nümayişi” mövzusunda təqdimat mərasimi keçirilib. Tədbir xüsusi karantin rejimi qaydalarına uyğun olaraq təşkil edilib.

Astarainfo.az xəbər verir ki, Tədbirdə Tovuz döyüşləri qəhramanlarının həyatına və gənclərin ifasında vətnpərvərlik şerlərin həsr olunmuş 2 videoçarx, rayonda könüllü gənclərin fəaliyyətin əks etdirən videoçarx və Heydər Əliyev Mərkəzinin vətənprvərlik sahəsində həyata keçirdiyi tədbirlə aid 2 videoçarx nümayiş olunub.

Təqdimatdan sonra Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbinin direktoru Xədicə Əliyva və məktəbin tarix müəllimi Gülnar Məmmədova, Heyder Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova, Tədbirdə APK-nin Tələbə Gənclər Təşkilatının sədr müavinləri Cavid Cəfərli, Mirtalıb Məmmədli çıxış ediblər. Qeyd olunub ki, Azərbaycanda 2020-ci ilin “Könüllülər ili” elan olunmasını, eləcə də dünyada və ölkəmizdə yayılmş koronovirus pandemiyasını nəzərə alaraq xüsusi karantin rejimi dövründə dövlət gənclər və idman siyasətinin həyata keçirilməsində könüllü gənclərin qüvvəsindən səmərəli istifadə olunmaqdadır.Astara rayonunda karantin qaydalarını nəzərə alaraq müxtəlif mövzularında Astara RİH, Astara Rayon Gənclər və İdman İdarəsi,Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Astara rayon Heydər Əliyev Mərkəzi, Astara Pedaqoji Kolleci, M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbi, SHXÇDX Astara rayon şöbəsi, Loqos Psixoloji Nitq İnkşafı Mərkəzi, rayonlarda fəaliyyət göstərən gənclər və idman idarələri, Gənclər Evləri, Astara Dövlət Rəsm Qalareyası,Astara Pedoqoji Kollecinin Tələbə Gənclər Təşkilatı, elcə də İdarənin nəzdində fəaliyyət göstərən könüllü gənclər, “Astara” İntellektual İnkişaf Klubu, “Altay” Gənclərin İnnovasiya Klubu və s.iştirakı ilə onlayn formada keçirilən bilik yarışları, rəsm müsabiqləri, videokonfranslar,videotəlimlər və gənclərlə görüşlər, könülü gənclərlə idman yarışları,respublika videokonfranslarında rayonun gənc könüllülərinin fəal iştirakı sevinc döğurur. Bu cür fəaliyytimiz davam etməlidir.

Mərasimdə çıxış edənlər Azərbaycan gənclərinin yüksək vətəndaşlıq və vətənpərvərlik keyfiyyətlərinə malik olduqlarını,Azərbaycan dövlətçiliyinin və ərazi bütövlüyünün qorunmasında fədakarlıq göstərdiklrini, hətta canlarını keçdiklərini ,ölkənin inkişafından ötrü təhsil, mədəniyyət, iqtisadiyyat, kənd təsərüffatı, infrastruktur,informasiya texnologiyaları,idman və s sahələrdə yüksək nailiyyətlər qazandıqlarını qeyd etmişlər.Xüsusi vurğulanmışdır ki, 12-15 iyul 2020-ci il tarixlərdə Ermənistan Respublikası və onun havadarlarının Azərbaycan Respublikasının Tovuz rayonun sərhəd hissəsində ərazi bütövlüyünə qəsd etdiyi zaman, xaincəsinə hücumun qarşısını alarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov,polkovnik İlqar Mirzəyev,mayor Anar Novruzov,mayor Namiq Əhmədov,gizir İlqar Zeynallı,gizir Babayev Yaşar,əsgər Elçin Musazadə,çavuş Sadıqov Vüqar, MAHHXQ Elşad Məmmədov,əsgər Daşdəmirov Xəyyam,baş leytenat Rəşad Mahmudov və digər oğullarımız son anlarınadək vuruşaraq vətənpərvərlik nümunələri göstəriblər.

Yekunda Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov videçarxların hazırlanmasında əməyi olan könüllü gənclərdən-Nurlan Rzazadəyə Səddam Abbaszadəyə və Jalə Fəttayeva Astara rayon Gənclər və İdman İdarəsinin diplomlarını təqdim edib.