İranın şimal-şərqində yerləşən Gülüstan vilayətində baş verən zəlzələ nəticəsində 34 nəfər yaralanıb.
Astarainfo.az-ın məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.
M.Xaledinin sözlərinə görə, yaralılardan 17 nəfərinə yerində xidmət göstərilib, 17 nəfər isə xəstəxanalara aparılıb.