Türkmənistanda təhlükəli infeksiyalardan müalicə olunmaqdan imtinaya görə həbs cəzası nəzərdə tutulub.
Astarainfo.az-ın məlumatına görə, bu barədə ölkənin Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, yoluxucu xəstəliyi olduğunu bilə-bilə xəstəxananı tərk edən və ya digərlərinin yoluxması təhlükəsini yaradan şəxs iki il müddətinə azadlıqdan məhrum edilə bilər.
Yoluxma insan ölümünə səbəb olacağı təqdirdə isə cəza müddəti 5 ilədək artırıla bilər.
Qeyd edək ki, Türkmənistanda bu günədək koronavirus yoluxma barədə rəsmi məlumat verilməyib.