Astara Rayon Polis Şöbəsinə oktyabrın 1-də Çayoba kəndində yaşayan 56 yaşlı Rəhimə Aslanovanın üzərində zorakılıq əlamətləri olan cəsədinin evinin həyətində aşkarlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Astarainfo.az-a bildiriblər ki, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Çayoba kənd sakini R.Heydərov Baş Cinayət Axtarışı İdarəsinin və rayon polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.