Türkiyənin Alanya bölgəsində batan turist gəmisindən bir nəfərin cəsədi çıxarılıb.
Astarainfo.az xəbər verir ki, hadisə zamanı gəmidə 30 nəfərin olduğu bildirilir.
Qəza Antalya vilayətinin Alanya Qalasının Fosforlu Mağarasından 50-100 metr uzaqlıqda baş verib. Hadisənin səbəbləri hələ ki bəlli deyil.
Digər sərnişinlərin axtarışları davam edir. Bölgəyə çox sayda xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub.