Azərbaycan Respublikası Təhsil Nazirliyinin IV Qrant müsabiqəsində fərdi layihə olaraq qalib olan bu layihənin rəhbəri Astara Rayonu Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbin ibtidai sinif müəllimi Nərmin Hüseynquliyevadır.
Astarainfo.az xəbər verir ki, Layihə icrası 3 ay müddətində nəzərdə tutulub. Layihə 15 sentyabr 2020-ci il tarixdən 15 dekabr 2020-ci il tarixədək davam edəcək.Layihənin icrasını TİPİİ-nin inklüziv təhsil üzrə təlimçi-pedaqoq Turan Məcidova və psixoloq Fərrux Əliyev həyata keçirirlər.
Layihənin məqsədi kənd məktəblərində sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birgə təhsil alması üçün inklüxiv sinifləri formalaşdırmaqdır. Sağlamlığı mədud olan şagirdlərinaktiv təhsilə cəlb edərək sağlam uşaqlarla birgə təhsilə cəb etməkdir.Sağlam və sağlamlığı məhdud olan şagirdlərin bir-birinə dəstək olmaq İmkanı yaratmaqdır.Astara rayonu üzrə inklüziv siniflərin yaradılmasına nail olmaqdır.Sağlamlıq imkanları məhdud olan şagirdlərin dünya görüşlərini və biliklrini artırmaqır. Həmçinin sağlam həmyaşıdları arasında düzgün münasibət və ünsiyyətin yaranmasına nail olmaqdır.