Ötən ilin noyabr ayının 25-nə qədər olan dövr ərzində Kəlbəcər rayonu ərazisində qanunsuz fəaliyyət göstərən “Zod Külək” şirkəti Ermənistan hökumətini məhkəməyə verib.
Astarainfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, şirkət 2019-cu ildə hökumət ilə əldə olunan razılaşmaya əsasən Kəlbəcərdə 140 ha ərazini icarəyə götürüb və bu ərazidə 660 kVt gücündə iki külək turbininin (ümumi gücü 1,32 MVt) quraşdırıb.
Ötən ilin noyabr ayının 25-də işğal altında saxlanılan Kəlbəcər rayonu Azərbaycana təhvil verildikdən sonra “Zod Külək” şirkəti qanunsuz olaraq icarəyə götürdüyü ərazini tərk etməyə məcbur olub.
“Zod Külək” şirkəti iddia edir ki, onlara dəyən zərərin səbəbkarı Ermənistan hökumətidir. Bu səbəbdən də şirkət Ermənistan hökumətindən 5 milyon dollar təzminat tələb edir.