Azərbaycan Premyer Liqasının 2-ci turunda evdə “Zirə”yə böyük hesabla (0:3) uduzan “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini bildirib.
Diniyev komandasının oyununun alınmamasına səbəb kimi meydançanın vəziyyətinin yaxşı olmamasını göstərib:
“Belə oyundan sonra nəsə demək çətindir. Komanda bu cür meydançada heç nə yarada bilmədi. Oyunumuzda nə sürət vardı, nə də ki, top saxlama var idi. Məcbur olub uzun ötürmələr hesabına nəsə etməyə çalışırdıq. “Zirə” bizə əks-hücumlarda qollar vurdu. Bu gün komandanın oyununda hər şeydən narazı qaldım. Bu, ilk dəfə idi. Futboldu, irəli baxmaq lazımdır. İstəməzdik ki, ev oyunumuzu belə hesabla başa vuraq. Bunu heç bir məşqçi istəməz. Amma həyatın sonu deyil. Qarşıda oyunlar var”.