Bu il Astara rayonunun fermerləri və məhsul istehsalçıları 1922,3 hektar sahədə tərəvəz bitkiləri əkiblər. Hazırda təsərrüfatlarda tərəvəz yığımı davam edir. İndiyədək 621,9 hektar sahənin məhsulu yığılıb, 6 min 821,6 ton tərəvəz məhsulları istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 109,7 sentner təşkil edib.
Bu barədə Astarainfo.az-a Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov məlumat verib.
Bildirilib ki, mövsümün əvvəlindən indiyədək rayonda 732,1 ton kələm, 12 min 139 ton xiyar, 538 ton pomidor, 2 min 259,4 ton baş soğan, 1 min 153 ton sarımsaq məhsulları istehsal olunub.
Təsərrüfatlarda kartof yığımı da davam edir. Əkinçilər indiyədək sahələrdən 6101,6 ton kartof yığıblar.