Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli ölkədə baş verən meşə yanğınları haqda məlumat verib.
Astarainfo.az  xəbər verir ki, bu haqda nazir özünün tvitter hesabında yazıb.
Nazir Muğlada 8 yerdə (Marmaris və Milas rayonlarının hər birində iki yanğın, Kavaklıdere, Yılanlı, Seyidkemer və Yatağanda bi yanğın), Aydında 2 yerdə (Karacasu, Bozdoğan), İspartada (Sütçüler), Karabürkdə (Mərkəz) və Burdurda (Gölhisar) hər birində bir yanğın olmaqla, ümumilikdə 13 yerdə yanğınların söndürülməsi və qarşısının alınması üçün mübarizənin davam etdirildiyini bildirib.
Qeyd edək ki, son 10 gündə Türkiyənin 47 vilayətində 209 yanğın nəzarətə götürülüb.