Türkiyənin Rusiya Federasiyasındakı Səfirliyi sentyabrın 6-dan etibarən ölkədə qüvvəyə minəcək məhdudiyyətlərin respublikaya gələn Rusiya vətəndaşlarına aid edilməyəcəyini deyib.
Astarainfo.az xəbər verir ki, bu barədə “mk.ru” məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 6-dan Türkiyədə koronavirusa qarşı yeni tədbirlər qüvvəyə minəcək.
Yeni tələblər həm Türkiyə vətəndaşlarına, həm də ölkədə yaşayış icazəsi olan əcnəbilərə şamil ediləcək.