Təhsil naziri Emin Əmrullayev dərs ilinin başlanmasına həsr olunmuş brifinq keçirib.
Nazir qarşıdan gələn dərs ilinin hansı qaydada təşkil olunacağı barədə məlumat verib.
Daha sonra E. Əmrullayev, Təhsil Nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu və təhsil nazirinin müşaviri Rüstəm Ağayev mətbuat nümayəndələrinin suallarını cavablandırıb.