Gənclərin potensialından ölkənin mənafeyi naminə düzgün istifadə olunması, onların sağlamlığının qorunması,asudə vaxtının səmərəli təşkili, məşğulluğunun təmin edilməsi,istedadların üzə çıxarılması və s. məqsədi iləölkəmizdə “Gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları, “ 2015-2025 –ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, 15 sentyabr 2017 -ci il tarixdə “Azərbaycan gəncliyi 2017-21-ci illərdə” Dövlət Proqramı” təsdiq edilmişdir. Bu sənədlərdə gənclərin sağlam həyat tərzinə və asudə vaxtının səmərəli təşkilinə xüsusi önəm verilmişdir.
Son dövrlərdə Dövlət Bayrağı Meydanının, “Gənclər Evi” nin , Astara Olimpiya İdman Kompleksinin , Astara Boks Mərkəzinin, Astara Əyləncəli Park-Bulvar Kompleksininin istifadəyə verilməsi gənclərimizə göstərilən dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Rayonumuzda bu obyektlərdən səmərəli istifadə edilməsi yeniyetmə vəgənclərimizin inkişafına töhfəsini verir.
Eləcə də Astara rayonunun əsrarəngiz təbiəti,xüsusən Xəzər dənizi sahillərindən səmərəli istifadə əhalimizin və o cümlədən uşaq,yeniyetmə və gənclərin sağlamlığının yüksəldilməsi üçün böyük potensiala malikdir.
Bütün bunları nəzərə alaraq, 11 iyun 2022-ci il tarixdə Astara rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin Astara nümayəndəliyinin təşkilatçılığı və Astara Boks Mərkəzi, Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının Astara nümayəndəliyinin və “Seiken” Kyokuşin Karate Federasiyasının iştirakı ilə Xəzər dənizi sahillərində sağlam həyat tərzinin təbliği məqsədilə “Mən sağlam həyat tərzini seçirəm” devizi ilə aksiya keçirilmişdir.
Qeyd olunmalıdır ki, aksiya zamanı gənclərin tam sağlam həyat tərzinə yiyələnməsi və zərərli vərdişlərin fiziki,sosial, psixoloji fəsadları barədə maarifləndirici söhbətlər də aparılır.Tədbirlərin təşəbbüskarı olan Astara RGİİ-nin rəisi vəzifəsini icra edən Rufan Şirinov maarifləndirici söhbətlərdə,eləcə də Boks,Atletika,Futbol üzrə təlim məşqlərin aparılmasında bilavasitə iştirak edir, yeniyetmə və gəncləri sağlam həyat tərzinə yönəlməsinə ruhlandırır.
Təlim – məşqlərin təşkilində məşqçi-müəllimlərdən Azər Ağayev, Ayaz Baxşıyev,Zamin Baxşıyev fəal iştirak edirlər.