Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar bahalaşaraq 47,53 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar artaraq 51,86 dollar olub.
AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,33 dollar bahalaşaraq 53,72 dollar təşkil edib.