Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasında uşaqların tibbi müayinəsi aparılacaq.
İctimai Birlikdən Trend-ə verilən məlumata görə, RİİB və Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə avqustun 26-da xəstəxananın Kardioloji poliklinika şöbəsində saat 09:00-dan 16:00-dək uşaqların ümumi müayinəsi üzrə ümumrespublika “açıq qapı” günü təşkil olunacaq.
Qeyd olunan tarixdə xəstəxananın yüksək ixtisaslı həkim kollektivi tərəfindən Bakı şəhəri və respublikanın regionlarından olan uşaqlar ödənişsiz müayinələrdən keçiriləcək və nəticələrdən asılı olaraq müalicə kursu təyin olunacaq.