27 fevral 2023-cü il tarixində Astara Dənizkənarı Park Bulvar Kompleksində Astara rayon Gənclər və İdman İdarəsi, Astara rayon Təhsil Sektoru ilə birgə 5 mart -BədənTərbiyəsi və İdman gününə həsr olunmuş “İdman həftəsi” çərçivəsində Atletika üzrə məktəblilər arasında Astara rayon turniri keçilmişdir.

Tədbirin açılış mərasimində Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Lənkaran-Astara Regional İdarəsinin Astara rayon Sektorunun metodisti Rasim Cəfərov, Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi, Atletika Federasiyasının Astara rayon nümayəndəsi, Atletika üzrə veteranlar arasında 5 qat Azərbaycan çempionu Rəşad Əliyev çıxış etmişlər.Çıxışlarda 5 mart- Bədən Tərbiyəsi və İdman gününün qeyd edilməsi, Gənclər və İdman Nazirliyi, eləcə də Elm və Təhsil Nazirliklərinin “ İdman həftəsi” çərçivəsində həyata keçirdikləri turnirlər, viktorinalar, yoldaşlıq görüşləri, ustad dərsləri, əyləncəli-idman oyunları  keçirilməsi barədə məlumat verilmiş, yarışın məqsədinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi, Atletika idman növünün kütləviliyinin inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkili olduğu qeyd olunmuş, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, sağlam həyat tərzinin gənclərin dövlətçilik məfkurəsinin yüksəldilməsində və vətənpərvlik tərbiyəsindəki önəmindən, gənclərinin, idmançılarının qəhrəmanlıqlarından bəhs edilmiş və yarışda idmançılara uğurlar arzulamışdır.

Yarışın qaydaları barədə

Astara RGİİ-nin aparıcı məsləhətçisi Ələskər Əskərov, yarışın baş hakimi Rəşad Əliyev idmançılara və nümayəndələrə geniş məlumat vermişlər və yarışlara start verilmişdir.

Yarışda 6 komanda- Astara şəhər 1,2,3,4,5 saylı, Suparıbağ kənd tam orta məktəblərin komandalarını təmsil edən 34 nəfər idmançı mübarizə aparmışdır. Yarışda 500 metr məsafəyə qaçışda qızlar və 800 metr məsafəyə qaçışda oğlanlar mübarizə aparmışlar.

500 metr məsafəyə qızlar arasında qaçışda I yeri Həkimova Ceyran Elşən qızı (Astara şəhər 3 saylı tam orta məktəb) ,II yeri Əliyeva Zibər Siyavuş qızı (Astara şəhər 3 saylı tam orta məktəb) , III yeri Həkimova Ayşən Elşən qızı (Astara şəhər 3 saylı tam orta məktəb) , 800 metr məsafəyə oğlanlar arasında qaçışda I yeri Məmmədov Rüfət Seymur oğlu (Astara şəhər 3 saylı tam orta məktəb ), II yeri Məmmədov Məhəmməd Tural oğlu (Suparıbağ kənd tam orta məktəb), III yeri Həsənli Elxan Ümüd oğlu (Astara şəhər 2 saylı tam orta məktəb) qazanmışlar.

Yekunda qaliblərin mükafatlandırma mərasimi keçirilmişdir. Fəxri yerləri qazanan idmançılar diplom və medal ilə təltif olunmuşlar. Fəxri yerləri qazanan idmançılara mükafatları Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Astara rayon Təhsil Sektorunun metodisti Rasim Cəfərov, Vətən müharibəsi veteranı Ələskər Əskərov təqdim etmişlər.