Astara Rayon İcra Hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin Sərəncamı ilə Əsədullayev Rüfət Eldar oğlu RİHB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilmişdir.
Rüfət Əsədullayev 1994-cü ildə Ərçivan qəsəbəsində anadan olmuşur. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdir. Azərbaycan Silahlı Qüvvələri sırasında müxtəlif vəzifələrdə zabit kimi xidmət edən Rüfət Əsədullayev Vətən müharibəsində iştirak edərək ağır yaralandığı üçün ehtiyata buraxılmışdır. Döyüşlərdə göstərdiyi şücaətlərə görə “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Həmçinin, Azərbayacan Respublikası Silahlı Qüvvələrinin 95 və 100 illiyi yubiley medalları kimi dövlət təltiflərinə də layiq görülmüşdür.
Rüfət Əsədullayevi təbrik edir, yeni işində ona uğurlar arzulayırıq.