“Ağıllı o kəsdir ki, özünü görə bilir.” – Viktor Hüqo

“Yalnız özünü axtar, hər şeyi taparsan.” – Sokrat

“Cahillik, ağılın aysız və ulduzsuz gecəsdir.” – Mark Tulli Siseron
“Eyni gücə malik iki insandan haqlı olanı güclüdür.” – Pifaqor
“Günəşin sənə gəlməyini istəyirsənsə kölgədən çıx.” – Konfutsi

“Dünyadakı bütün peşələr insanlardandır. Və yalnız üçü Allahdandır – müəllim, hakim və həkim.” – Sokrat
Ağıl padşahı qəfəsi qırdımı, quşların hər biri bir istiqamətə uçar. – Mövlana
“Təkəbbür savadsızlıqdan və tamahkarlıqdan irəli gəlir.
Müdriklik həyat elminin mənimsənilməsidir.” – Əbu Turxan

“Mən hiss edirəm ki, insana bədbəxtlik,çətinlik, yoxsulluq, ya da dərd qəm lazımdır, yoxsa adam özünü tez unudar.” – Şekspir

“Bütün fitnə fəsadların nəticəsi avaralıq olduğu təcrübədə yoxlanılmışdır. Avara adam öz insanlıq vəzifəsini unudaraq başqasına yük olur.” – A. Bakıxanov

“Böyük adamlar çox zaman avara, səfeh, lazımsız adamların əli ilə ölüb, öldürülürlər.” – Şekspir

“Biz həmişə adamlardan şikayətlənirik. Özümüz də adamıq. Demək bizdən də şikayətlənə bilərlər.”-  M. Qorki 

“Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır. Onunla tez – tez məsləhətləşmək lazımdır.” – Paskal

“Uşağlara qarşı mümkün qədər tələbkar olmaq, amma mümkün qədər də böyük hörmət qoymaq lazımdır. Tələb etməzdən əvvəl, öyrətmək lazımdır.”-  O. Uayld