13 iyun 2023-cü il tarixində rayon icra hakimiyyətinin inzibati binasında Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Texnoland” MMC-nin rəhbərliyi tərəfindən enerji təchizatında alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin tətbiqi istiqamətində maarifləndirici tədbir-müşavirə keçirilmişdir.

Tədbirdə şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyələr, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, sahibkarlar və fermerlər iştirak etmişlər.

Rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev, “Texnoland” MMC-nin layihə rəhbəri Toğrul Əziz mövzu ilə bağlı çıxış etmişlər.

Tədbir iştirikaçılarına Astara rayonunun yerləşdiyi əlverişli təbii-coğrafi mövqeyinin və iqliminin, eyni zamanda illik günəşlənmə saatının çox olmasının, alternativ enerji mənbələrindən istifadə etmək üçün yaratdığı geniş imkanları, elektrik enerji mənbəyindən uzaqda yerləşən ərazilərdə, xüsusilə də, ucqar dağ kənlərində alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi barədə geniş izahat və ətraflı məlumatlar verilmiş, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunaraq kənd təsərrüfatı, o cümlədən, digər sahələrdə böyük səmərəyə nail olmaq üçün təkliflər səsləndirilmiş, həmçinin tədbir iştirakçılarının fikir və təklifləri dinlənilərək onlara maraqlı olan suallar dolğun cavablandırılmışdır.

Sonda tədbir iştirakçılarına bukletlər paylanılmış, mövzu ilə əlaqədar slayd nümayiş etdirilmişdir.