“İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir.” – Heydər Əliyev
“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.” – Heydər Əliyev
“Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.” – Heydər Əliyev
“Çox gözəl olsa da eybi gizlətmək
Dost dostun eybini örtməsin gərək.” – Nizami Gəncəvi
“Sözün də su kimi lətafəti var
Hər sözü az desən daha xoş olar
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir su da.” – Nizami Gəncəvi
“Dəmiri aynatək parladan insan
Pası silməlidir öz vicdanından.” – Nizami Gəncəvi
“Qılınc yarası sağalar, söz yarası sağalmaz.” – Bəxtiyar Vahabzadə
“Təklik yalnız Allaha məxsusdur” – Bəxtiyar Vahabzadə
“Bütün yollar qaranlıqdan işığa doğrudur.” – Əbu Turxan
“Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında heyrətdən qaynaqlanır.” – Əbu Turxan
“İnsanın bütün həyatı böyük məqsədlərə yönəlməlidir. Amma hərdən bir nəfəsini dərmək üçün tez bəhrə verən işlərə də vaxt ayırmaq olar; bu şərtlə ki, yenidən yoluna davam edəsən.” – Əbu Turxan
“Yaşlı nəsil gənclikdən narazılıq söyləyəndə onları kimin yetişdirdiyini unudur.” – Əbu Turxan
“Eşq ancaq əzəli-əbədi və sonsuz olan böyük Yaradana ünvanlananda onun həddi-hüdudu olmaya bilər.” – Əbu Turxan
“Hər kəs ölər amma hər kəs həqiqətən yaşamaz.” – Viktor Hüqo
“Susmaq – insanın bütün dərdlərini özündə sınayan ruhun sığıntısıdır.” – Viktor Hüqo
“Torpağın sürtülməsi dəmiri təmizlədiyi kimi Allahı yaddan çıxarmamaq da insanın ürəyini təmizləyir.” – Məhəmməd Peyğəmbər
“Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.” – Məhəmməd Peyğəmbər
“Gil qabın möhkəmliyini səsi ilə yoxlayan kimi, insanı da ağzından çıxan söz ilə yoxlayırlar.” – Əbül Fərəc
“Hər şey, nəyə layiqdirsə, ona dönür.” – Cəlaləddin Rumi