“Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.” – Heydər Əliyev
“Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun.”- Heydər Əliyev
“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.” – Heydər Əliyev
“Kim ki, zülmün evini bərbad edib indidən,
Öz sabahkı evini abad edib indidən.”
– Nizami Gəncəvi
“Alın yazısı bir dəfə yazılır, amma insana onun üzərində hər dəfə yenidən yazmaq şansı verilir.” – Əbu Turxan
“Necədə qəribədir. Uşaqkən sabah nələr oynaya bilərik deyə düşünərdik. İndi isə sabah həyat bizə nələr oynayacaq deyə düşünürük.” – Can Dündar
“Uğursuzluq – nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır.” – Henri Ford
“Çox istedadlı olsanız da, var gücünüzü sərf etsəniz də bəzi nəticələr əldə etmək üçün vaxt lazımdır.” – Uarren Buffett
“Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır.” – Konfutsi
Biliklərin çoxluğu yox, keyfiyyəti əhəmiyyətlidir. Çox şey bilən, ən lazımlı şeyləri bilməyə bilər.” – Lev Tolstoy
“Vərdiş zəncirləri, əvvəl eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər güclü olur.” – Artur Şopenhauer
“Bu gün cəsarət etmədiyin üçün edə bilmədiyin şeyləri, sabah zamanın olmadığı üçün etməyə bilərsən.” – Paulo Koelyo
“Qiymətli olan hər şey ölçülə bilməz, ölçülə bilən hər şey qiymətli deyil.” – Albert Eynşteyn
“Yaxşı yaşadığımız gün bizə sakit yuxu gətirdiyi kimi, yaxşı yaşadığımız ömür də bizə sakit ölüm gətirir.” – Da Vinçi
“Təqvim hər kəs üçün eyni olsa da, zaman hər kəsin içində başqa cür irəliləyir.” – Murathan Mungan
“Böyük beyinlər fikirləri müzakirə edər, Orta beyinlər hadisələri müzakirə edər, və kiçik beyinlər başqa insanları müzakirə edər.” – Naməlum