10-17 iyun 2023-cü il tarixlərində Bakı Boks Mərkəzində Gənclər və İdman Nazirliyinin , Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Boks üzrə 13-14 məktəbli yeniyetmələr arasında Azərbaycan birinciliyinin final mərhələsi keçirilmişdir. Yarışda 52 komandanın ən güclü 227 idmançısı 17 çəki dərəcəsi üzrə mübarizə aparmışlar.
Astara rayonunun komandası Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbinin müəllimi, Boks üzrə məşqçi müəllim Cəbrayıl Məmmədov və Astara Boks Mərkəzinin məşqçi müəllimi Ayaz Baxşıyevin rəhbərliyi ilə iştirak etmişdir.
Ölkə birinciliyinin final yarışında Astaralı idmançısı Mehrəliyev Mühəmməd (46 kq) qızıl medal qazanmışdır.