24 iyun 2023-cü il tarixində Astara Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Astara Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara Rayon Şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin rəisi Mayor Şaiq Almazov, Astara Rayon Gənclər və İdman idarəsinin rəisi Rufan Şirinov, Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nihad Allahveriyev, Vətən müharibəsi qazisi – Astara Rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüfət Əsədullayev, çağırış yaşlı gənclər, hərbi mütəxəssislər iştirak etmişlər.
Tədbirdə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider və vətən torpağlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmiş, mövzu ilə əlaqədar məruzələr səsləndirilmiş, gənclər tərəfindən ünvanlanan suallar cavablandırılmışdır.
Sonda Ulu Öndər Heydər Əliyevin ordu quruculuğunda misilsiz xidmətlərini əks etdirən videoçarx nümayiş edilmişdir.