“Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.”  – (Heydər Əliyev)

“Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.” – (Heydər Əliyev)

“Vətəndaş olmasa boş şeydir Vətən!
Beş günlük, on günlük güney qarıdır.
Vətən məfhumunun özəyindəki
Vətənin vüqarlı oğullarıdır!”- (Xəlil Rza Ulutürk)

“Ayna özünü görə bilsəydi, başqalarına baxmazdı.”- (Əbu Turxan)

“Başlanğıc sonda aydınlaşır.” – (Əbu Turxan)

“Bəzən adam özü də içində kök atmış gizli suallardan ancaq cavab bəlli olandan sonra xəbər tutur.” –  (Əbu Turxan)

“Bəzən həqiqəti tuta bilmək üçün tilovun qarmağına yalan bağlamaq lazım gəlir.” –  (Uilyam Şekspir)

“Həqiqəti mənimsəyən də bu həqiqəti söyləyən kimi dəyərli insandır.” – (Cübran)

“Sən arxası günəşə dayananda, ancaq öz kölgəni görürsən.” – (Cübran)

“Azadlığı istəmirəm bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi!
Günəş kimi!
Cahan kimi!” – (Xəlil Rza Ulutürk)

“Azadlıq sevgilimiz kimidir; bir dəfə aldatdınmı, bir də çətin dönər …” – (Nazim Hikmət)

“Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz.” – (Mirzə Fətəli Axundov)

“Bir millətin tərəqqi və tənəzzülünü bilmək üçün onun məktəblərini görmək kifayət edər.” – (Hüseyn Cavid)

“Bir yoxsul qürbətdə şah olsa əgər
Hər axşam o vətən deyib ah çəkər.” – (Əssar Təbrizi)

“Müdrik söz fikrin qönçəsidir.
Açılanda fəlsəfəyə çevrilir.” – (Əbu Turxan)

“Uzun yazmaq üçün – yazmağa çox vaxt sərf edilir, qısa yazmaq üçün – düşünməyə.” – (Əbu Turxan)